"Beşiktaş" Ronaldo ilə bir araya gəldi - 40 milyonluq həmlə

Portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə "Beşiktaş" eyni layihədə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, “Əl-Nəssr”də çıxış edən Kriştiano Ronaldo video oyunları ilə bağlı şirkətə 40 milyon dollar sərmayə qoymaq barədə qərar verib. Sərmayənin qoyulacağı UFL şirkəti Ronaldonun qərarını sosial mediada açıqlayıb. "Biz bütün dünyada futbol azarkeşləri üçün ədalətli, bacarıqlı ilk oyun yaratmaq üçün UFL-də birlikdə işləməkdən məmnunuq" - şirkətin açıqlamasında deyilir.Bildirilir ki, UFL şirkətinin futbol dünyasının aparıcı şəxsləri, eləcə də Kriştiano Ronaldo ilə ortaqlığı var. Hazırda şirkətlə müqavilə imzalayan komandalar arasında “Reyncers”, “Seltik”, “Beşiktaş”, “Monako”, “Vest Hem”, “Borussiya Dortmund”, “Şaxtyor”, “Sportinq” kimi bir çox nəhəng klublar.

Həmçinin Kevin De Bruyne, Romelu Lukaku, Aleks Zinçenko və Roberto Firmino da oyunun səfirləridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı