Füzulidə tapılan daha bir avtomat təhvil götürüldü

Füzuli rayonunda tapılan daha bir avtomat silahı təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahların aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı avtomat silahını polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR