Sumqayıtda polis faciəvi şəkildə həlak oldu - FOTO

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR