Çoxdan gözlənilən konsertə az qaldı... Zamiq Hüseynov yeni ilin ilk konsertinə imza atacaq.
Metbuat.az xəbər verir ki, müğənni Zamiq Hüseynov Gəncə şəhərində konsert verməyə hazırlaşır. Sənətçinin musiqili gecəsi gələn ilin 2 fevral tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Gənclər gününə həsr olunmuş solo konsert "İcazə ver" adlanır. Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək.