Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı ARTIB

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı artıb.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2023-сü ilin yanvar-noyabr aylarında ölkədə 3079 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1267 ədəd çox minik avtomobili istehsal olunub.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-noyabr aylarında 615,8 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 9,9 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR