Kərə yağı istehsalı idxalı 65% üstələyib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 83.5 milyon dollar dəyərində 14 min 916 ton kərə yağı idxal edilib.

MetbuatAz-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 13.7% və ya 13.2 milyon dollar, həcm baxımından isə 11% və ya 1 839 ton azalıb. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana 96.7 milyon dollar dəyərində 16.7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xatırladaq ki, kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.75% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 24 min 649 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% çoxdur.

Qeyd edək ki,hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 65.3% çox olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı