"Beşiktaş" "Çelsi"nin istedadlı futbolçusunu alır - Bütün təklifləri rədd etmişdi

“Beşiktaş” rəhbərliyinin "Çelsi"də əsas heyətdə yer ala bilməyən fransalı müdafiəçi Malanq Sarrla görüşdüyü iddia edilib.

Metbuat.az xəbər verir ki, "Beşiktaş"ın "Çelsi"nin fransalı müdafiəçisi ilə danışıqlarının məhsuldar keçdiyi qeyd edilib. “Foot Mercato”nun xəbərinə görə, “Beşiktaş” bir sıra futbolçularını əsas heyətdən uzaqlaşdırandan sonra yeni futbolçular transfer etmək istəyir. Qeyd edək ki, 24 yaşlı müdafiəçi Malanq Sarr ötən mövsümü icarə əsasında “Monako”da keçirib.

Bundan əvvəl aldığı bütün təklifləri rədd edən Sarr "Çelsi"də qalsa da, baş məşqçi Maurisio Poçettinonun planları arasında olmadığı üçün bu mövsümə qədər oynaya bilməyib. Malanq Sarrın “Çelsi” ilə 2025-ci ilə qədər müqviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı