Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.

Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 21-də günün ikinci yarısında 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, 23-də gündüz yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 22-də gündüzdən 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR