Məhərrəm Nəcəfzadə vəfat etdi - FOTO

Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.

Metbuat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı.

M.Nəcəfzadə əməkdar artist İlham Nəcəfovun qardaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR