Bakı-Sumqayıt yolunda ağır qəza - Yaralılar var / FOTO

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, “Opel” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR