Bakıda məşhur parkın ətrafında su xətti partladı - VİDEO

Bakının Yasamal rayonu, Hüseyn Cavid parkının ətrafında gölməçə yaranıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, parkın ətrafında olan su xətlərindən birinin partlaması nəticəsində ətrafda kiçik gölməçə əmələ gəlib.

Belə ki, artıq sözügedən ərazidə bir neçə gündür həmin vəziyyət müşahidə olunur.

Suyun avtomobil yoluna doğru axması isə sürücülərə müəyyən çətinliklər yaradır. Şaxtalı günlərdə həmin ərazidə yolun buz bağlaması və daha təhlükəli olma ehtimalı da yaranır.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR