"Fənərbağça" - "Qalatasaray" derbisi qolsuz başa çatdı

Futbol üzrə Türkiyə Superliqasının XVIII turu İstanbul derbisi ilə əlamətdar olub.

Metbuat.az xəbər verir ki, turun mərkəzi oyununda "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ı qəbul edib. Matçda qapılara qol vurulmayıb.

Bu nəticədən sonra hər iki komandanın aktivində 44 xal var. Lakin "Fənərbağça" top fərqinə görə turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, günün digər oyunlarında "Adana Demirspor" "Antalyaspor"a 2:1, "Konyaspor" isə "Kayserispor"a 2:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı