Bakıya qarşı separatizm planı: "Legitim addımlar atmağa əsaslar var"

Son günlərdə Ermənistan mətbuatı yazır ki, Qarabağdan İrəvana qaçan separatçılarin sonuncu “başçısı” Samvel Şahramanyan Xankəndidə özünüburaxma haqda qərardan imtina edib. KİV-in məlumatına görə, Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan separatçı rejimin buraxılması haqda qərarın artıq mövcud olmadığını iddia edib.

Mövcud vəziyyət həm də İrəvanda ciddi narazılıq yaradıb.

Bu barədə Metbuat.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, guya bölgədə və regionda barış və etimad mühitinin qalmağında maraqlı olduğunu söyləyən Ermənistan öz ərazisindən Azərbaycan əleyhinə təbliğat aparan müxtəlif qrupların fəaliyyət göstərməyinə şərait yaratmaqla bərabər, cəmiyyətdə revanşizm ab-havasının qalmağında maraqlı tərəf olduğunu göstərir:

Turizm Agentliyi pandemiyanın ən kəskin dövründə fəaliyyəti ilə diqqəti cəlb edirdi -

“Bu gün bütün çağırışlara rəğmən Ermənistan qərbi azərbaycanlıların dinc qayıdış hüququnu təmin edən prosesi sabotaj etməklə məşğuldur. Hesab edirəm ki, Ermənistanın Azərbaycanın sülhpərvər mövqeyinə rəğmən öz ərazisində separatçıların baş qaldırmağına göz yumur. İrəvanın bu prosesi təşviq etməsi fonunda Azərbaycan artıq Qərbi Azərbaycan məsələsini dinc çağırış kontekstindən çıxararaq Ermənistanın bu təxribatlarına qarşı çox güclü cavab verməlidir”.

Tural İsmayılovun fikirlərinə görə, hazırda Ermənistanın bu kimi manipulyasiyalarına qarşı Azərbaycanın addım atmağa legitim əsası var:

“Azərbaycanın kifayət qədər güclü ordusu və potensialı var. Ermənistan sülhlə bağlı danışıqlar məsələsini manipulyasiya edərək Fransa və Hindistandan silah almağa davam edir. Bu azmış kimi, İrəvan ora yığışan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan timsalında Qarabağla bağlı müxtəlif separatçı dərnəklərin və təşkilatların Azərbaycan əleyhinə fəaliyyətini təşviq edir. Belə bir vəziyyətdə biz tarixi Azərbaycan torpaqlarını Ermənistan işğalından azad edərək Qərbi Azərbaycan məsələsini də birdəfəlik həll etmiş ola bilərik”.

Qeyd edək ki, Ermənistan mediası da separatçıların bu davranışlarını sərt tənqid edərək Ermənistanla Azərbaycan arasındakı münasibətlərə təsir etdiyini yazırlar. Ermənistan KİV-i hesab edir ki, sadalanan qurumun dövlət modeli yaratmaq cəhdləri də fiaskoya uğrayacaq. Görünür, rəsmi İrəvanda bu vəziyyətdən kifayət qədər narahatdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı