"SLIM" Ayın orbitinə daxil oludu

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə məxsus "SLIM" Aya eniş aparatı peykin orbitinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi açıqlama verib. Bildirilib ki, “Ay snayperi” ləqəbli “SLIM”gəmisi Ayın orbitinə uğurla daxil olub.

“Orbital dəyişikliyi planlaşdırıldığı kimi baş verib və zond şəraitində qeyri-adi heç nə olmayıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “SLIM”i daşıyan H2A raketi Kaqoşimadakı Taneqaşima Kosmik Mərkəzindən kosmosa göndərilib. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi SLIM aparatının Aya görünməmiş dərəcədə yüksək dəqiqliklə eniş edəcəyini elan etmişdi. Eniş aparatının çəkisi 700 kiloqram, hündürlüyü 2,4 metr, eni isə 2,7 metrdir. “SLIM” tennis topundan bir qədər böyük olan kürəşəkilli zond vasitəsilə Ayın səthində hərəkət edə biləcək. Yaponiyanın Ayda əldə etdiyi müşahidələr və məlumatlardan ABŞ-ın rəhbərlik etdiyi “Artemis” layihəsində istifadə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı