Türkiyə Milli Kəşfiyyat Təşkilatının İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK-HPJ qruplaşmasının rəhbərlərindən sayılan Zeynep Eyver adlı terrorçu zərərsizləşdirilib.
Metbuat.az xəbər verir ki, İraqın şimalında, Süleymaniyyə bölgəsində reallaşan əməliyyat nəticəsində “Aryen Are” kod adlı Zeynep Eyverlə yanaşı, qruplaşmanın 3 başçısı məhv edilib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Ayn-əl-Arab, Kamışlı və Amude rayonlarında PKK-nın mövqelərini müəyyən edərək 50-yə yaxın hədəfi dağıdıblar.
Qeyd edək ki, dekabrın 22-23-də İraqın və Suriyanın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində 12 türk hərbçi şəhid olub.