“Barselona”ya gələcəyi gözlənilirdi - Sürpriz qərar verdi

“Mançester Siti" "Yeni Messi" adlandırılan Klaudio Echeverrini transfer etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, futbolçunun Lionel Messinin heyranı olduğu və “Barselona”ya razılıq verəcəyi iddia edilirdi. “Real Madrid” və PSJ də onu transfer etməyə çalışırdı. Məlumata görə, “Mançester Siti" “River Pleytl”ə 23 milyon avroya razılaşıb. Razılaşmaya əsasən, Eçeverri azı bu yaya qədər “River Pleyt”də qalacaq və əsas komandada çıxış edərək təcrübə qazanacaq.

Qeyd edək ki, 17 yaşlı Klaudio Echeverrinin U17 Dünya Çempionatının 1/4 finalında Braziliyaya qarşı oyunu bütün futbol ictimaiyyətinin diqqətini cəlb edib. Argentina turniri 4-cü yerdə başa vursa da, o, turnirin ən görkəmli oyunçusu olub. Echeverri ilə yanaşı, “Mançester Siti" “River Pleyt”də Agustin Ruberto və Subiabreni də transfer etməyi nəzərdən keçirir. U-17 dünya çempionatında da parlayan hər iki futbolçuya "Brighton", "Tottenham Hotspur", "Real Madrid" və "Barselona" kimi müxtəlif klublar maraq göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı