AMB 2024-cü ildə pul siyasəti qərarlarını bu tarixlərdə açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə pul siyasətini 8 dəfə nəzərdən keçirməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Mərkəzi Bankın 2024-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarları 31 yanvar, 28 mart, 1 may, 21 iyun, 31 iyul, 18 sentyabr, 30 oktyabr və 18 dekabr tarixlərində ictimaiyyətə təqdim olunacaq.

Məlumata əsasən, qeyd olunan tarixlərdən 31 yanvar, 1 may, 31 iyul və 30 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq.

Xatırladaq ki, Mərkəzi Bank 2023-cü ildəki sonuncu iclasında uçot dərəcəsini 8,5 faizdən 8 faizədək azaltmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9 faizə, aşağı həddi isə 7 faizdən 6,5 faizədək endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı