"Mançester Siti" "Barselona"ya qənim kəsilib - "Messinho" da əldən getdi

Son zamanlar transfer siyasətini gənc oyunçular ətrafında formalaşdıran "Barselona" Braziliya bazarının ən önəmli istedadlarından birini əldə verib.

Metbuat.az xəbər verir ki,“Barselona”nın transfer etməyə çalışdığı “Messinho” ləqəbli 16 yaşlı Estevao Villian "Mançester Siti"yə transfer olmaq üzrədir. “Mundo Deportivo”nun məlumatına görə, "Mançester Siti" futbolçunun 60 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə razılıq verib. Bildirilir ki, futbolçu “Çelsi"nin də gündəmində olub.

Qeyd edək ki, bundan əvvəl "Mançester Siti"nin "Yeni Messi" adlandırılan Klaudio Echeverrini transfer etməyə hazırlaşdığı irəli sürülüb. Futbolçunun Lionel Messinin heyranı olduğu və “Barselona”ya razılıq verəcəyi iddia edilirdi. Məlumata görə, “Mançester Siti" “River Pleytl”ə 23 milyon avroya razılaşıb. Razılaşmaya əsasən, Eçeverri azı bu yaya qədər “River Pleyt”də qalacaq və əsas komandada çıxış edərək təcrübə qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı