İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələndi

İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib.

Onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı