Anar Ağakişiyev Aygün Kazımovaya söz atdı: "Onun üçün şərəf olar"

Məşhur stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovaya söz atıb.

Metbuat.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə "Həmiz Zaur" verilişində yaşanıb.

Belə ki, proqramda Anar şou əhlinin geyim zövqlərini dəyərləndirib.

Sıra Aygün Kazımovaya gəldikdə isə, stilist danışmaqdan imtina edib. O, küsülü olduğu sənətçiyə od püskürüb: "Mənim ondan (Aygün Kazımovanı nəzərdə tutur - red.) danışmağım onun üçün şərəf olar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR