İsrail dronu Beyrutda HƏMAS-ın qərargahına zərbə endirdi - Ölənlər var

BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”.

Metbuat.az TASS-a istinadən xəbər verira ki, bu barədə BMT-nin Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto Ninyo deyib.

“Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, - o, Beyrutdakı partlayışı şərh edib.

Xatırladaq ki, Livan KİV-in yaydığı məlumata görə, yanvarın 2-də İsrailə məxsus dron Beyrutun şəhərətrafında HƏMAS-ın qərargahına zərbələr endirib. Nəticədə HƏMAS-ın yüksəksəviyyəli nümayəndəsi zərərsizləşdirilib.

***

İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.

“Report” Livanın NNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.

Bildirilib ki, hadisədə ümumilikdə dörd nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.

Məlumata görə, olayda 11 nəfər yaralanıb.

Qeyd edək ki, Saleh əl-Aruri HƏMAS-ın liderlərindən biri, onun hərbi qanadı “İzzəddin Əl-Qəssam” briqadasının banilərindəndir. 2023-cü ilə olan vəziyyətə əsasən o, HƏMAS-ın siyasi bürosunda sədr müavini və HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi komandanıdır. Bununla belə, o, Livanda yaşayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı