Laçında iki hərbçimiz həlak oldu - Yaralananlar var

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində ölən hərbçilərimizin adları açıqlanıb.

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar.

“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir”, - qurumdan qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı haqqında məlumat var.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı