Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Türkiyədə "Hatayspor”a keçə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayıb.
Bildirilib ki, Zaqreb “Dinamo”sunda çıxış edən forvardı hataylıların baş məşqçisi Volkan Demirel sərəncamında görmək istəyir.
Lakin Mahir Emrelinin anası Elnurə Emreli “qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Yazılan xəbərlər həqiqəti əks etdirmir”.