Adı Azərbaycan millisi ilə hallanan Şenol Günəş qərarını verdi

Türkiyənin tanınmış məşqçisi Şenol Günəş Azərbaycan millisindən cavab gözləyir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şenol Günəş Azərbaycan millisinə görə digər təklifləri təxirə salıb. Bildirilir ki, Azərbaycan millisi tezliklə cavab verməsə, Günəş digər təklifləri dəyərləndirəcək. Bildirilir ki, Şenol Günəş Azərbaycanda işləməyi çox istəyir.

Qeyd edək ki, Şenol Günəş Azərbaycan millisi ilə bağlı belə demişdi: "Azərbaycanın milli komandasını çalışdırmaqdan qürur duyaram. Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram" .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı