Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşdi

Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib.

AFFA-nın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək.

Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR