"Bu qərar əmlak bazarını çökdürdü" - Ekspertdən TƏNQİD

"Azərbaycanın əmlak bazarı bir qərarla çökdü. Artıq daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələb olunur. Yəni əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəsi göstərilməlidir".

Metbuat.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib. O bildirib ki, alıcılar gəlir deklorasiyası təqdim edə bilmədikləri üçün notariusdan geri qayıtmalı olurlar:

"Ölkə əhalisinin 25%-ə qədəri Rusiyada yaşayır və işləyir. Digər ölkələrdə də 100 minlərlə vətəndaşlarımız yaşayır ki, orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirdilər. Başqa bir tərəfdən, ölkədaxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslər yetəri qədərdir ki, onlar da gəlir deklorasiyası təqdim edə bilmirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı