ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin mart müqaviləsinin dəyəri 0,45% artaraq 1 barelə görə 77,94 dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,55% artaraq 72,64 dollar olub.