Pikedən sürpriz qərar - Qayıdır

"Barselona"nın keçmiş futbolçusu Jerar Pike böyük futbola məşqçi kimi qayıdacaq.

Metbuat.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. 36 yaşlı sabiq müdafiəçi deyib:

“Yeni il gəldi və diqqətlə düşünüb futbola qayıtmaq qərarına gəldim. Mən onun üçün çox darıxıram. Bu dəfə oyunçu yox, məşqçi olacağam. Təfərrüatları həftənin sonunda paylaşacağam”.

Qed edək ki, Pike "Barselona"nın yetirməsidir. O, karyerası ərzində 1 dəfə dünya və Avropa çempionatının, 4 dəfə Çempionlar Liqasının, 9 dəfə La Liqanın, 3 dəfə UEFA Superkubokunun, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Superkubokunun qalibi olub. Jerar ötən il karyerasını başa vurub.

Eyni zamanda, Pike İspaniya Sequndasında çıxış edən Andorra klubunun da sahibidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı