Efirdə qalmaqal: "Dilinə sahib çıx, söyməsinlər" - VİDEO

Vəkil Zülfiyyə Bayramova və yazıçı-kulturoloq Aydın Xan Əbilov arasında mübahisə yaşanıb.

Metbuat.az bildirir ki, ARB-də yayımlanan "Elgizlə izlə" proqramında sosial şəbəkələrdə insanlar tərəfindən söyüş və təhqirə məruz qaldığını bildirən Aydın Xana vəkil Zülfiyyə Bayramovanın "Bəs məni niyə söymürlər? Səndən çox bu verilişdə mən varam. Öz dilinə sahib çıx, söyməsinlər" deməsi kulturoloqu özündən çıxarıb:

"Siz üfləyə-üfləyə söz danışırsınız, bizim kimi bir dənə ictimai qınaq etmirsiniz. Haçan bizim kimi ictimai məsələləri qaldırmısınız? Sən çinar ağacısan, meyvən yoxdu, sənə niyə daş atsınlar? Bizə daş da atırlar, əzirlər də".

Ətraflı videoda:

Zaur Hüseyn / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı