Anthoni Martial Avropa və Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, "Mançester Yunayted"i tərk etməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, o hazırki transfer dövründə kubdan ayrılmaq istəmədiyini agentinə deyib. “The Athletic”in məlumatına görə, Martiala “Marsel”, “Fənərbaxça” və bəzi Səudiyyə Ərəbistanı klublarından təkliflər edilib. Lakin o təklifləri rədd edib. Məlumata görə, Anthoni Martial “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır. 28 yaşlı futbolçu qaydalara görə artıq başqa klublarla danışıqlar apara bilər. Müqavilədəki şərtlərə görə, Martial “Mançester Yunayted”lə müqaviləsini bir mövsüm daha artıra bilər.
Qeyd edək ki, Martial bu mövsüm 19 oyunda iki qol vurub.