Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın olub.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 6 sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR