Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırıldılar

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

Metbuat.az xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, “Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı