​"Fənərbaxça" Avropa nəhənglərini qabaqladı - Sürpriz transfer

"Fənərbaxça" Çağlar Söyüncünü heyətinə qatmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Avropanın bir sıra klublarının transfer siyahısında olan Çağlar Söyüncü "Fənərbaxça" ilə danışıqlar masasına əyləşib. Avropanın nəhəng komandaları siyahısında yer alan "Atletiko Madrid"in türk müdafiəçisi Türkiyədə futbol oynamağa razılıq verib. "Fənərbaxça"nın nümayəndəsi "Atletiko Madrid"lə də danışıqlar aparıb. "Fənərbaxça" futbolçunu icarəyə götürmək istəyir.

Məlumata görə, “Porto”, “Roma” və “Fulhem” kimi klublar da Çağlar Söyüncünü icarəyə götürmək istəyir. Məlumata görə, futbolçunun ilk seçimi "Fənərbaxça"dır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR