Sexdəki yanğın nəticəsində ölənlərin sayı 9-a çatdı - YENİLƏNİB / VİDEO

Sexdəki yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

    Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    15:02

    Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.

    Metbuat.az xəbər verir bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

      Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR