D vitamini ilə ən zəngin qidalar - SİYAHI

Qışda D vitamini kəskin düşə bilər. Hər bir insan D vitamini tərkibli qidaları bilməlidir. Çünki bu təkcə vitamin yox, həm də hormondur.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, D vitamini orqanizmdə ən azı bu sistem və proseslərdə iştirak edir.

- Kalsium və fosfor mənimsənilməsi

- İmmun sistemi möhkəmlədir

- Sinir sistemi siqnallarını ötürür

- İltihab əleyhinə təsir edir

- Əzələ spazmını aradan qaldırır

- Depressiyaya qarşıdır

Gündəlik profilaktik doza 1000 Vahidə qədərdir. Hamilə və südverənlərə daha çox tələb olunur.

D vitamini əskikliyinin əlamətləri:

- Yorğunluq, halsızlıq

- Əzələ spazmı, qıcolma,uyuşma

- Sümük əriməsi

- Yuxusuzluq

- Təşviş, depressiya

- Dırnaq, saçların qırılması

- Diş tökülməsi

- Sümük ağrıları

- Qəbizlik

D vitamini ilə zəngin 2 tip qida var:

Birki tərkibli – D2 vitamini

Heyvani tərkibli – D3 vitamini

Ən zəngin qidalar TOP 5:

1- Qızıl balıq, okean, dəniz balıqları – 100 qramında günlük normanın 50%-i var.

2. Yumurta sarısı - bir sarıda 35 vahid D vitamini. Təbii ki, kənd yumurtası olsa daha yaxşı

3. Balıq qaraciyəri, balıq konservi

4. Göbələk – meşədə, talada yetişən, istixanada yox. 1 porsunda 300-500 vahid D vitamini var.

5. Süd məhsulları, yoqurt, kərə yağı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı