Husilər Yəmən sahillərində yük gəmisini vurduqlarını təsdiqlədi

“Ənsar Allah” üsyançı hərəkatından olan husilər Yəmən sahillərində Yunanıstana məxsus “Zografia” yük gəmisinə hücuma görə məsuliyyəti öz üzərilərinə götürüblər.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria özünün teleqram kanalında bəyanat yayıb.

Yəhya Saria qeyd edib ki, Fələstinin limanlarına gedən gəminin heyəti xəbərdarlıq siqnallarına cavab vermədiyinə görə, onlara qarşı bir neçə raket atılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı