İraqa hücum siyasi gərginliyə səbəb oldu - BMT-yə şikayət

İraq hökuməti İranın Ərbil şəhərinə ballistik raket hücumları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

Metbuat.az xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, İranın Ərbil şəhərini hədəf alan və günahsız mülki əhalinin ölümünə, başqalarının yaralanmasına və xalqa ziyan vurmasına səbəb olan raket hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurası və BMT-yə şikayət edilib.

Qeyd edək ki, İran İslam İnqilab Keşikçiləri Korpusu İraqın Ərbil şəhərində bir çox əraziyə raket və pilotsuz uçuş aparatı hücumlar təşkil edib.İran tərəfinin açıqlamasında anti-İran terror qruplaşmalarının və casusların qərargahlarının ballistik raketlərlə vurulduğu bildirilib. Açıqlamada deyilir ki, İranın düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib. Bəyanatda Mossadın İraqdakı casus qərargahının da vurulduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı