Xavidən onu istefaya göndərmək istəyən “Barselona”ya böyük jest

“Barselona” klubundakı uğursuzluqdan sonra baş məşqçi Xavi Hernandezin istefaya göndərilə biləcəyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, iddialara görə, Xavi Çempionlar Liqası və ya İspaniya çempionu titulunu qazana bilməsə klubdan göndəriləcək. Bildirilir ki, İspaniya kubokunun finalında “Real Madrid”ə 1-4 hesablı məğlubiyyətdən sonra Xavi təzyiqlə üzləşib. Bununla belə, klub rəhbərliyi iqtisadi problemlərin olduğu bir vaxtda onu istefaya göndərməyib. Klub rəhbərliyi Xavini mövsümün sonuna kimi vəzifəsində saxlamaq istəyir. Bununla belə, Xavi mövsümün sonunda istefaya göndərilərsə, o klubdan təzminat tələb etməyəcək. Üstəlik o məvacibinin qalan hissəsindən imtina edəcək. İddialara görə, Xavi klubdakı maliyyə problemlərinə görə belə qərar qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı