Sumqayıtda yataqxanada yanğın məhdudlaşdırıldı - YENİLƏNİB / VİDEO

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

23:57

Sumqayıt Texniki Kollecin yataqxanasında güclü yanğın başlayıb.

Mətbuat.az-ın məlumatına görə, hadisə şəhərin 22-ci məhəlləsindəki yataqxanada baş verib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb edilib.

***

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR