Azərbaycanda nə qədər tələbə təqaüd alır? - AÇIQLANDI

2023-2024-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 65,6 min tələbə (2022/2023-cü tədris ili ilə müqayisədə 1,5 faiz artım) təhsil alıb. Onların 62,5 faizini qızlar təşkil edir.

Metbuat.az xəbər verir ki, hazırda Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfərdir.
Onların da 51,1 faizini qızlar təşkil edir. Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 8,6 min nəfər və ya 3,9 faiz artıb.

Rəsmi statistikaya görə, ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2022-ci illə müqayisədə 4,7 faiz artaraq 52,9 min nəfər olub. Qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,8 faiz olub ki, onların da 76,6 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 55,3 faizi təqaüd alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı