"2024-cü ildə Bakıda güclü və hiss olunan zəlzələlər baş verəcək" - Seysmoloq

“2023-cü il ümumilikdə seysmik və tektonik aktivliyi ilə səciyyələnəcəkdir. Çünki, bu bir dövrülük xarakter yaşayır. Ötən il ərzində mütəmadi olaraq Azərbaycanda və bir neçə ölkədə zəlzələlər baş verdi. İyul və dekabr aylarında Xəzər dənizinin şimalında, Bakıda zəlzələ hiss olundu”.

Bu barədə Metbuat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

Seymsoloq bildirib ki, bu, xüsusi seysmik və tektonik dövrdür. Çox hallarda 10-15-il, bəzən isə 20 il davam edir.

"2023-cü ilin dekabrında Xəzər dənizində baş verən, Bakıda hiss olunan zəlzələdən sonra da mən bildirmişdim ki, 2024-cü ildə də bu aktivlik hiss olunacaq, keçən illə müqayisədə superaktivlik daha çox müşahidə olunacaq”.

Azərbaycanda və dünyada bütün mövcud olan seysmoaktiv regionlar, ərazilər, eləcə də bir neçə illər aktiv olmayan seysmik ocaqlarında ayılacağını, hətta vulkanların da püskürəcəyinin deyən Qulam Babayev vurğulayıb ki, yanvarın 1-də Yaponiyada baş verən zəlzələ buna bir göstəricisidir.

“İl ərzində zəlzələlər baş verir, sadəcə olaraq zəlzələlər bir neçə kateqoriyaya ayrılır. Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı və kotostrafik. Hiss olunmayan zəlzələlər nəinki Azərbaycanda, ümumiyyətlə dünyada hər gün baş verir. Bunları cihazlar qeydə alır. İnsanlar bunu hiss eləmirlər”, - deyə seysmoloq qeyd edib.

Qulam Babayev bildirib ki, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək.

“Biz bunu görürük və müşahidə edirik . 4.5, 5.5 bal gücündə zəlzələlər baş verəcək. Bunlar qaçılmazdır, bunlari biz hiss edəcəyik. Zəlzələ müxtəlif ərazilərdə baş verə bilər”.

Seysmoloq onu da deyib ki, zəlzələ zamanı insanlar mümkün olduğu qədər təşviş keçirməməlidir: “Əgər, insan bu titrəyişləri hiss edirsə, ilk öncə özündə güc tapıb kandar qapısını tez bir zamanda açıq qoymalıdır ki, çıxış kilidlənməsin. Pəncərənin yanından uzaq durmalıdır”.

Seysmoloq hesab edir ki, artıq dövlət tərəfindən seysmik risk xəritəsinin qurulmasının zamanı çoxdan gəlib çatıb: "Çünki, seysmik risk xəritəsi böyük və geniş sahəni əhatə edir. Həmçınin binalar zəlzələyə davamlı tikilməlidir. Köhnə binalar nəzərdən keçirilməlidir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı