Bakınının Zığ və Bibiheybət qəbələrinə metro xəttinin çəkilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Metbuat.az-a "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır:"Metronun Konseptual inkisaf sxeminə əsasən, ola bilər ki, gələcəkdə adı çəkilən ərazilərə metro xəttinin çəkilməsi planlaşdırılsın. Amma hal-hazırda bu istiqamətdə işlərə başlanması həqiqəti əks etdirmir".
Xatırladaq ki, mediada Bakının Suraxanı rayonunun Zığ qəsəbəsi və Səbail rayonunun Bibiheybət qəsəbəsinə metro xətlərinin çəkilməsi ilə bağlı işlərə başlanması, yeraltı tunellərin qazılması barədə məlumatlar yayılıb .
Seyranə Quliyeva / Metbuat.az