Avropaya qayıdacağı deyilən Ronaldo qərarını verdi

"Əl-Nəssr"də çıxış edən Kriştiano Ronaldo karyerası ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, o "Sportinq Lissabon"a transfer olunacağı ilə bağlı söz-söhbətlərə son qoyub. Ronaldo bildirib ki, o başqa kluba transfer olmaq istəmir. 39 yaşlı futbolçu Portuqaliyaya qayıtmayacağını və gələn il karyerasını "Əl-Nəssr"də davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəssr”lə müqaviləsi gələn mövsüm başa çatır. Onun futbola başladığı klub olan "Sportinq Lissabon"a transfer olunacağı iddia edilirdi.

Ronaldo bu mövsüm "Əl-Nəssr"in heyətində bütün turnirlərdə 25 oyun keçirib. Ulduz futbolçu bu matçlarda 24 qol və 11 məhsuldar ötürmə ilə statistikanı bir daha alt-üst etməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR