Bakı və Abşeronda silahlı dəstəyə qarşı əməliyyat keçirildi - SAXLANILANLAR VAR

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı qanunsuz dövriyyədən 24 kiloqram narkotik vasitə və 4 ədəd odlu silah çıxarılıb. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Murad Baxşızadə, Elşad Camalov, Məmməd Məmmədov və Anar Ərəbov üzərlərində odlu silah gəzdirdikləri üçün saxlanılıblar. Onlardan lüləsi və və qundağı kəsilmiş 4 ədəd tüfəng aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Soltan Şiriov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələlər zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı