Gəncədə şagirdin öldürülmə səbəbi məlum oldu - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, Raulun uşaqlıq dostları, sinif yoldaşları mərhum haqqında Bizim.Media-nın yerli bürosuna danışıblar.

Onlar Raulun dava-dalaşdan uzaq biri olduğunu bildiriblər. Sinif yoldaşları tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi məsələsinə də aydınlıq gətiriblər.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fərid Şabanov saxlanılaraq, istintaqa cəlb olunub.

Daha ətraflı videoreportajda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR