Hakimlər hansı kluba kömək edir? - "Real"-"Barselona" gərginliyi artır

İspaniya La Liqasında "Real Madrid" - "Almeriya" matçında hakim qərarları ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, “Real Madrid” tərəfi “Barselona”nın hakimlərin kral klubuna kömək etməsi barədə iddialarına cavab verib.

“Real Madrid” TV-nin menecerlərindən olan Jesus Alcaide açıqlamasında bildirib: "Maraqlıdır ki, Xavi La Liqada baş verənləri qəribə hesab edir. Çünki onun oynadığı 600 matç müzakirə edilir. Bunu hakimlər və prokurorlar deyir. Xavinin “Barselona”da oynadığı matçlar araşdırılır. “Real Madrid”in Superkubokun finalında 4-1 hesabı ilə oyunu yaddaqalandır. Bütün dünya “Barselona”nın hansı vəziyyətdə olduğunu gördü. “Barselona” və “Real Madrid”in hansı vəziyyətdə olduğunu gördülər".

Qeyd edək ki, “Real Madrid” - “Almeriya” matçında hakimin və VAR-ın qərarları ilə bağlı müzakirələr davam edir. İlk hissə “Almeriya”nın 2-0 üstünlüyü ilə başa çatsa da ikinci hissədə “Real Madrid” vurduğu qollarla 3-2 hesabı ilə qazanıb. “Barselona”nın baş məşqçisi Xavi Hernandez qərarları tənqid edərək, "Bizim nəzarət edə bilmədiyimiz şeylər var və hamı bunu gördü. Bunlar bəhanə deyil, faktlardır” deyə bildirib.

"Barselona"nın prezidenti Xuan Laporta da "Mundo Deportivo"ya müsahibəsində "Rəqibimizin hakim qərarlarından yararlanaraq qazandığı xallar var. Təbii ki, klub olaraq hərəkətə keçmək lazımdır. Komandamız yaxşı işləyir. Bunun da nəticəsini tezliklə görəcəyimizə əminəm. Santyaqo Bernabeuda qəbul edilən qərarlarla rəqabəti korlaya bilməzsiniz. Biz həmişə buna qarşı mübarizə aparırıq. Biz federasiyaya rəsmi şikayət etmişik” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı