Cəbrayıl şəhərinə 2158 keçmiş məcburi köçkün qayıdacaq

Bu il Cəbrayıl şəhərinə köç olacaq, hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur: “Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı