AŞPA Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir - Arzu Nağıyev

“AŞPA-nın plenar iclasında nümayəndə heyətimizin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməsi ilə bağlı qətnaməyə 76 deputatın lehinə səs verməsi, Azərbaycana qarşı olan qərəzli mövqedən xəbər verir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputat hesab edir ki, bu məsələdə söhbət konkret olaraq siyasətdən gedir:

“Vaxtilə separatçıların Azərbaycan ərazisindən çıxmasını əks etdirən qətnamələr yerinə yetirilməyəndə, AŞPA susurdu. ATƏT-in Minsk qrupu həmsədrləri regiona dəfələrlə səfər edib, dekorativ bəyanatlar səsləndirib gedirdilər. Həmin o dövlətlərin çoxunun burada siyasi, iqtisadi, hətta mənəvi hərbi maraqları olub. Həm onlar, həm müxtəlif qeyri-hökumət təşkilatları qondarma soyqırımdan, qondarma separatizmdən istifadə edərək bu məsələləri müxtəlif tribunalarda qabardaraq böyük vəsaitlər qazanırdılar. Həmin o dövlətlərin şirkətləri isə işğal olunmuş ərazilərdə bütün yeraltı və yerüstü sərvətlərimizin dağıdılması ilə məşğul olub, həm də o yolla ciblərini doldururdular. Bu gün artıq onlar üçün problem yaradan məsələ yoxdur. Çünki biz müstəqil olaraq problemimizi həll etmişik”.

AŞPA-nın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilmədiyini vurğulayan A.Nağıyev hesab edir ki, Qərb, regionda münaqişə, müharibə olmasında maraqlıdır:

“Bundan sonra Azərbaycan Avropa ilə bağlı qərarını verəcək. Əgər Avropa dövlətləri bizi enerji təhlükəsinə təhdidin qarşısını alan bir dövlət kimi qəbul edirlərsə, bunu da düşünməlidirlər. Azərbaycan da adekvat olaraq həmin o dövlətlərə qarşı öz fikrini bildirib, siyasətini yürüdəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı