​Xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək - FOTO

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq şairi Vahid Əzizlə gənclərin görüşü keçiriləcək.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, tədbir 30 yanvar, saat 15:00-da Bakı Kitab Mərkəzində keçiriləcək. Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə xalq şairi Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, cəmiyyətdə ədəbi dəyərlər və Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.

Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində yaradıcı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/rCNS3



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR