Dəm qazından boğulan qardaşların kirayə qaldıqları ev bu imiş - FOTO

Bakının Nərimanov rayonu ərazisində ADA-nın tələbəsi və qardaşının dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əli Asif oğlu Həsənov və 2002-ci il təvəllüdlü qardaşı Sərxan PY UA 38/10 ünvanındakı mənzildə kirayə yaşayırmış.

Belə ki, ikiotaqlı mənzilin bir otağında 23 yaşlı Əli yeni ailə qurduğu xanımla, digər otaqda isə Sərxan qalırmış. Hadisədən bir neçə gün əvvəl isə Əli Həsənov həyat yoldaşını atasıgilə aparıb. Bundan sonra – yanvarın 24-də yaxınları Əli və Sərxana zəng edərkən onların telefona cavab vermədiyini görərək narahat olublar. Qardaşların evə gələn qohumlarından biri pəncərəni qıraraq otağa daxil olub və gənclərin artıq vəfat etməsi məlum olub.

İlkin məlumata əsasən, hadisə evi isitmək üçün nəzərdə tutulan qızdırıcı qaz sobasından baş verib.

Vəfat edən qardaşlar əslən Tovuzdan olub, ailədə onlardan başqa 2 bacı da var. Onların nəşi dəfn edilmək üçün rayona aparılıb və qardaşlar bir az əvvəl Ağbulaq kəndində torpağa tapşırılıblar.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Əli Həsənov təxminən 3 ay əvvəl evlənibmiş. S.Həsənov isə Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olubmuş. IV kurs tələbəsi olan Sərxan Prezident təqaüdçüsü imiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı